Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb


Digərləri 15 Fev 2018 13:31:00 233 0

Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədliklərini irəli sürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, həmin namizədlər namizədliklərinin təsdiq olunması üçün sənədlərini MSK-ya təqdim ediblər:

"Onlardan 5 nəfərin namizədliyi təsdiq olunub, digərlərinin də sənədlərinə baxılır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində