BMT: Əfqanıstanda ötən il rekord sayda mülki vətəndaş ölüb və yaralanıb


Dünya 15 Fev 2018 13:25:23 249 0

BMT: Əfqanıstanda ötən il rekord sayda mülki vətəndaş ölüb və yaralanıb

Bu ölkədə 2017-ci ildə törədilən hücumlarda, təqribən, 2,3 min dinc sakin ölüb və ya yaralanıb

Əfqanıstanda 2017-ci ildə törədilən hücumlarda, təqribən, 2,3 min dinc sakin ölüb və ya yaralanıb. Bu, ölkədə mövcud olan münaqişə dövründə rekord göstəricidir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının hesabatında deyilir.

"2017-ci ildə terrorçu-kamikadzelərin hücumları və digər hücumlar nəticəsində mülki əhali arasında ən çox itki baş verib. Ötən il ərzində Əfqanıstanda 605 dinc sakin hücumların qurbanı olub, 1690 nəfər isə yaralanıb. Bu insanların 20%-i hökumət qüvvələrinin və Kabili dəstəkləyən beynəlxalq koalisiya qüvvələrinin hərəkətləri nəticəsində ölüb və ya yaralanıb" - hesabatda göstərilib.

Ümumilikdə Əfqanıstandakı münaqişə 2009-cu ildən bəri 28 mindən çox dinc sakinin ölümü ilə nəticələnib, 52 mindən çox insan yaralanıb.