MSK sədri: “On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb”


Digərləri 15 Fev 2018 13:07:44 173 0

MSK sədri: “On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb”

O bildirib ki, onlardan 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib

“On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.”

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri və Prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.