Azərbaycan Kubokunun final oyunu Respublika gününə düşməyəcək


İdman 15 Fev 2018 13:07:00 368 0

Azərbaycan Kubokunun final oyunu Respublika gününə düşməyəcək

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək. Goal.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək. 

Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. M.Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb. Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq.