USAID rəsmisi Azərbaycana səfərə gələcək


Digərləri 15 Fev 2018 13:01:00 203 0

USAID rəsmisi Azərbaycana səfərə gələcək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək

Bakı. Ləman Zeynalova - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək. Trend-in məlumatına görə, B.Birmanın regiona səfərləri fevralın 14-dən martın 8-dək davam edəcək. Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək. Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin