Daxili işlər nazirinin müavini: “Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq”


Digərləri 15 Fev 2018 12:48:45 185 0

Daxili işlər nazirinin müavini: “Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq”

Daxili İşlər Nazirliyi Prezident seçkiləri ilə bağlı proqram hazırlayıb

“Azərbaycanda xalq-iqtidar birliyi sabitliyin əsasını təşkil edir. Biz bunun qorunması üçün lazımi tədbirlər görürük. Daxili İşlər Nazirliyi Prezident seçkiləri ilə bağlı proqram hazırlayıb. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün ayıq-sayıqlıq tələb olunur”.

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi təmin olunacaq: “Səsvermə günü də seçki məntəqələrinin təhlükəsizliyi təmin ediləcək. Beynəlxalq müşahidəçilərin təhlükəsizliyi ilə polislərin dislokasiyalarına dəyişiklik ediləcək. Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq. Etik davranış qayadaları tam nəzarətdə olacaq. Ədavətə çağırışların, dini, irqi ayrı seçkiliklə bağlı çağırışların qarşısı alınacaq”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.