Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" 3 dəfə dövrə vur, ərə get FOTO


Digərləri 15 Fev 2018 12:31:00 307 0

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı"  3 dəfə dövrə vur, ərə get  FOTO

Almaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı ağac minlərlə cütlüyün sevgili olmasına və 100-dən çox cütlüyün ailə qurmasına səbəb olub.

Açıq-sarı rəngli forma geyinən poçtalyon Almaniyanın Dodauer meşəsinə (Hamburq şəhərindən 100 kilometr şimal şərqdə yerləşir) gedərək əlindəki çəhrayı zərfi buradakı enli gövdəli ağacın yuxarısındakı oyuğa qoydu və "Bu gün də biri" deyərək digər məktubları paylamağa yollandı.

Zərf Bavariyadan göndərilmişdi. Zərfi göndərən 55 yaşlı bavariyalı qadın idi. O, bu yaşlı ağacın ünvanına məktub yazaraq sehrli gücün ona kömək edəcəyinə inanmış və tək qalmayacağını düşünmüşdü. Təbiəti sevən bu qadın gülünc vəziyyətə düşməkdən qorxmamışdı. O, bu ağacın kiçik oyuğunda sevgi axtarırdı...

"Bu ağacda sehrli və romantik güc var", - 72 yaşlı poçtalyon Karl-Heinz Martens BBC-yə müsahibəsində söyləyib. O, 1984-cü ildən 20 il boyunca poçtalyon işləyib. Heinz hazırda təqaüdə çıxıb.

"Bu, danılmaz faktdır ki, insanlar sosial şəbəkələrdə tanış olur, bir-birini sevir, evlənir. Amma bir ağac və məktub vasitəsi ilə olanda bu, möhtəşəm bir hissdir. Gözəl təsadüfdür"

BBC müxbirini Eutin şəhərindəki evində qonaq edən keçmiş poçtalyon təqaüdə çıxmasına baxmayaraq ağacla bağlı illər əvvələ aid olan məktub və şəkilləri saxladığını söyləyib və şəkilləri ona göstərib. Heinz bildirib ki, həmin ağaca dünyanın, demək olar, hər ölkəsindən məktub daşıyıb və çox vaxt onların dillərini də anlamayıb.


Xəbərə aid fotolar