Markinyos: "Hakim "Real"ın lehinə xeyli səhv qərarlar verdi"


İdman 15 Fev 2018 12:30:00 327 0

Markinyos: "Hakim "Real"ın lehinə xeyli səhv qərarlar verdi"

Bu mövsüm Çempionlar Liqasında ən azı final oynamağı qarşısına məqsəd qoyan PSG turnirin ilk 1/8 final oyununda "Real"a uduzub - 1:3. Goal.az xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən Paris klubunun müdafiəçisi Markinyos oyundakı hakimlikdən şikayətlənib. Matçı Canluka Rokkinin rəhbərliyi etdiyi italiyalı hakimlər briqadası idarə edib.

"Son 10 dəqiqədə 2 qol buraxıb məğlub olmaq bizi məyus edib. Səfərdə təcrübəli komandaya qarşı çətin oyun keçəcəyini bilirdik. Hakimlərin işini təhlil etməyi təklif edirəm. Fikrimcə, referi bizə qarşı çox sərt davrandı. O, "Real"ın lehinə xeyli səhv qərarlar verdi və bizə çox sarı vərəqə göstərdi. Fikrimcə, ümumilikdə pis oynamadıq" - braziliyalı müdafiəçi deyib.