Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq


Digərləri 15 Fev 2018 12:36:00 219 0

Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq

Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur. Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək. Baş prokurorun müavini bildirib ki, xalqımızın iradəsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri var. O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir. R.Usubov vuröulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: "Seçki qanunvericiliyinin pozulmasına yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin