Bakıda gənc qız qatar küləyi yıxdı


Digərləri 15 Fev 2018 12:22:00 239 0

Bakıda gənc qız qatar küləyi yıxdı

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb. 

Son.az report-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb. Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır. Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.