Zeynal Nağdəliyev: "Prezident seçkilərində 1000 vebkamera quraşdırılacaq"


Digərləri 15 Fev 2018 12:01:00 290 0

Zeynal Nağdəliyev: "Prezident seçkilərində 1000 vebkamera quraşdırılacaq"

Aprelin 11-də keçiriləcək prezident seçkilərində 1000 veb-kamera quraşdırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərdə 1000 veb-kameralar quraşdırılır: "Qarşıdan gələn prezident seçkilərində də bu sayda veb-kamera quraşdırılacaq ki, dünyanın hər yerindən hər kəs seçkiləri izləyə bilsin. Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq, səslərin hesablanması zamanı kameralar həmin nöqtəyə tuşlanır".