Ata evi yandırdı, üç uşaq öldü


Dünya 15 Fev 2018 12:08:00 345 0

Ata evi yandırdı, üç uşaq öldü

Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib.