Azərbaycanda boşanmaların sayı 11%ə yaxın artıb


Digərləri 15 Fev 2018 11:59:00 216 0

Azərbaycanda boşanmaların sayı 11%ə yaxın artıb

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.