Arif Alışanova qarşı sui-qəsd hazırlayan dəstənin məhkəməsi başlayır


Digərləri 15 Fev 2018 11:20:00 206 0

Arif Alışanova qarşı sui-qəsd hazırlayan dəstənin məhkəməsi başlayır

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu öldürməyə cəhddə və ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı. Samir Əli - "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu öldürməyə cəhddə və ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov barəsində açılan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Trend-in məlumatına görə, cinayət işi üzrə istintaq başa çatıb və iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib və məhkəmənin hazırlıq iclası fevralın 20-nə təyin olunub.