Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlandı


Dünya 15 Fev 2018 11:14:00 257 0

Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlandı

Yaponiyanın Kobe Universitetinin geoloqları Kyuşu adası yaxınlığında püskürəcəyi halda böyük faciəyə səbəb ola biləcək supervulkan aşkarlayıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, Yaponiya sahillərində aşkarlanmış həmin vulkan 34 kub/kilometr maqmaya sahibdir və 100 milyon insanın ölümünə səbəb ola bilər.

Bu vulkanın 7,3 min il əvvəl püskürərək Yaponiyanın cənubunda sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir.

Mümkün püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunami meydana gətirə, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər.