OPEC və Rusiya neft ehtiyatlarının ölçülməsi üsulunu müzakirə edəcəklər


İqtisadiyyat 15 Fev 2018 10:59:51 289 0

OPEC və Rusiya neft ehtiyatlarının ölçülməsi üsulunu müzakirə edəcəklər

Son 1 ildə izafi neft ehtiyatları 80% azalıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiya, qlobal neft ehtiyatlarında izafi həcmin azaldılmasının effektivliyini artırmaq məqsədilə, neft ehtiyatlarının ölçülməsi üsullarında yeni texnikaların tətbiqini müzakirə etməyə hazırlaşır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilmiş mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih və onun rusiyalı həmkarı Aleksandr Novak bildirib. 

Nazirlər həmçinin deyiblər ki, apreldə keçirilməsi planlaşdırılan növbəti iclasda tərəflər qlobal neft ehtiyatlarının hesablanması qaydalarına baxacaqlar. Onlar buna səbəb kimi, OPEC+ anlaşmasının strategiyasının effektivliyi və gələcəkdə izafi neft ehtiyatları ilə mübarizədə yeni üsulların tətbiqini göstəriblər.

Beynəlxalq Energetika Agentliyinin (IEA) məlumatına görə, ötən ilin dekabr ayında qlobal neft ehtiyatlarının həcmi son 5 illik orta səviyyədən 52 mln. barel artıq olub. Başqa sözlə, izafi ehtiyatlarının həcmi son 1 ildə 80% azalıb.