Afrində zərərsizləşdirilən terrorçuların sayı 1500-ü ötüb


Dünya 15 Fev 2018 11:04:41 255 0

Afrində zərərsizləşdirilən terrorçuların sayı 1500-ü ötüb

Əməliyyatın 27-ci günündə 43 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.

"Report" xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatın 27-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 43 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.