13 yaşlı qızın üstünə qaynar su töküldü


Digərləri 15 Fev 2018 10:51:00 290 0

13 yaşlı qızın üstünə qaynar su töküldü

Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Abdullayeva Taclıbəyim Elbrus qızı yaşadığı evdə ehtiyatsızlıq edib və nəticədə qaynar su qazanı üstünə aşıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.