"BakuBus" sərnişinləri "zərərvericilərə" qarşı mübarizəyə çağırdı FOTO


Digərləri 15 Fev 2018 10:57:26 235 0

"BakuBus" sərnişinləri "zərərvericilərə" qarşı mübarizəyə çağırdı  FOTO

Sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə təşkil olunmasını, inkişafını arzulayır və tələb edirik. Əlbəttə, bu, hər bir sərnişinin haqqı olmaqla yanaşı daşıyıcı şirkətin də qarşısında duran əsas vəzifədir. Ancaq təəssüf ki, bu xidmət sahəsinin yüksək səviyyədə təşkilinə maneə yaradan arzuolunmaz vərdişlərə, "zərərvericilərə" qarşı  mübarizədə bəzən sərnişinlərimiz kifayət qədər fəallıq göstərmir, vətəndaş mövqeyini ortaya qoymaq istəmirlər.

Bu barədə Son.az-a açıqlamasında "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev şirkətə məxsus avtobuslarda törədilən vandallıq hadisələrinə münasibətində bildirib.

Şübə müdiri qeyd edib ki, nümayiş olunan fotoşəkillərdəki qayda pozuntuları və avtobusa vurulan ziyan, əslində, ictimai maraqlara vurulan ziyandır və təəssüf ki, bu hadisələr bəzən onlarla sərnişinin gözü önündə baş versə də, həmin şəxslərə layiqli münasibət bildirilmir, qanunsuz əməllərə göz yumulur:

"Nəzərə almaq lazımdır ki, ictimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur".


Xəbərə aid fotolar