Ronaldodan növbəti tarix


İdman 15 Fev 2018 10:11:00 318 0

Ronaldodan növbəti tarix

Madridin "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bir klubun heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Goal.az xəbər verir ki, onun ən yaxın izləyicisi olan "Barcelona"nın futbolçusu Lionel Messinin hesabında 97 qol var. Çempionlar Liqasının 1/8 finalında "Real" və Fransanın PSG komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldo dubl edib. Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun lazım gəlib. 

Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. 

Ronaldo həmçinin 7 mövsüm ard-arda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10 dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.