Nazir: “Cənub Qaz Dəhlizi” Avropaya enerji ehtiyatlarının tədarükü üçün böyük əhəmiyyət kəsb edir


Digərləri 15 Fev 2018 09:13:00 264 0

Nazir: “Cənub Qaz Dəhlizi” Avropaya enerji ehtiyatlarının tədarükü üçün böyük əhəmiyyət kəsb edir

Son.az Trend agentliyinin Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü iclası ilə bağlı eksklüziv müsahibəsini təqdim edir:

Azərbaycan və Bolqarıstan arasında energetika sahəsində əməkdaşlıq

Nazirin sözlərinə görə, Bolqarıstan və Azərbaycan arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və energetika sahəsində ikitərəfli əlaqələr çox gözəl inkişaf etməkdədir.

O qeyd edib ki, hər iki ölkə Xəzər dənizi və Qara dəniz arasında coğrafi körpüdür və Xəzər regionundan Cənub-Şərqi və Mərkəzi Avropaya qaz tədarükü üçün təbii marşrutdur: "Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqaviləmiz var. Baş nazir Boyko Borisovun və Bolqarıstan hökumətinin Bakıya səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanda ev təsərrüfatının qazlaşdırılmasında iştirak etməyə maraq göstərmişdi".

"Cənub Qaz Dəhlizi" layihəsinin Bolqarıstan üçün əhəmiyyəti

T.Petkova deyib ki, "Cənub qaz dəhlizi" Avropanın müxtəli qaz mənbələrinə çıxışını təmin edəcək: ""Cənub Qaz Dəhlizi" layihəsi Avropaya enerji ehtiyatlarının tədarükü üçün böyük əhəmiyyət kəsb edir. İmkandan istifadə edərək mən azərbaycanlı tərəfdaşlarımıza bu layihə çərçivəsində fəal işinə görə minnətdarlıq bildirmək istərdim. Həmin layihə bizim əsas prioritetlərimizdən biri olan təbii qaz mənbələrini və tədarük marşrutlarını diversifikasiyalaşdırmağa imkan verəcək".