Aplle 18 milyon “ağıllı” saat satıb


Digərləri 15 Fev 2018 08:55:00 345 0

Aplle 18 milyon “ağıllı” saat satıb

Mütəxəssislərin hesablamalarına əsasən, ABŞ-ın "Apple" şirkəti 2017-ci ildə 18 milyon ədəddən çox "Smart Watch" saatlarının satışına nail olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, 2016-cı ildəki göstəricilərdən 56 faiz çoxdur.

Kupertinyodan olan şirkət hətta saatların tərtibatında innovasiyaların olmamasına baxmayaraq, öz rəqiblərini geridə qoyub. Şirkət özü isə satışları barədə məlumatları ciddi sirr kimi saxlayır.

"Ağıllı" saatlar arasında daha böyük populyarlığı LTE dəstəyi olan cihazlar qazanıb. Bu saatlar naqilsiz məlumatın yüksək sürətlə ötürülməsi standartlarına malikdir. Bu cür saatların daha çox tanınması xarici operatorlarla, xüsusilə də Avstraliya, Yaponiya və Amerika şirkətləri ilə əməkdaşlıq sayəsində baş tutub.