Dronlar maneələri daha yaxşı dəf edəcək


Digərləri 15 Fev 2018 08:59:00 266 0

Dronlar maneələri daha yaxşı dəf edəcək

Massaçusets Texnologiya İnstitutunun əməkdaşları pilotsuz uçan aparatlara sıx məskunlaşmış şəhərlər və anbar əraziləri kimi çətin keçilən yerlərdə saatda 20 km sürətlə uçmağa imkan verən xüsusi nanoxəritə hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni texnologiyanın başlıca xüsusiyyəti ondan ibarətdir ki, drondan yalnız bu və ya digər obyektin harada yerləşməsini və gözlənilməz hadisələrin nə vaxt baş verə biləcəyini yadda saxlamaq tələb olunur. Yəni alqoritmin ətraf mühit haqqında çoxlu məlumat toplamasına ehtiyac qalmır ki, bu da öz növbəsində bütün sistemin işinin sürətini xeyli artırır.

Texnologiya müəllifi, tələbə Piter Florensin sözlərinə görə, "qeyri-müəyyənliklərin müəyyənləşdirilməsinə" əsaslanan yanaşma pilotsuz uçan aparat insan, avtomobil və binaların mövcud olduğu mühitdə olan zaman ona maneələri daha yaxşı dəf etməyə kömək edir.

Alimlər texnologiyanı insanın indiyədək gördüyü bütün təsvirlərin yazıldığı kasetlə müqayisə edirlər: "Hər dəfə müəyyən ərazi üzərində uçan zaman dron yaddaşda bütün məlum informasiyanı bərpa edir və bu səbəbdən maneələrə tuş gəlmir", - P.Florens bildirib.