ABŞda silahlı insident: yaralananlar var FOTO


Dünya 15 Fev 2018 08:43:00 276 0

ABŞda silahlı insident: yaralananlar var  FOTO

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası qarşısında yerli vaxtla saat 07:00-da silahlı insident baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı, lakin bunun atışma nəticəsində baş vermədiyi bildirilir.

Məlumata əsasən, naməlum şəxslər avtomobillə agentliyin Fort Med (Florida ştatı) şəhərindəki ərazisinə icazə olmadan daxil olmağa çalışıblar.

Silahın kim tərəfindən tədbiq olunduğu barədə məlumat verilmir.


Xəbərə aid fotolar