Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər FOTO


Digərləri 15 Fev 2018 08:48:00 296 0

Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər  FOTO

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.

Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.


Xəbərə aid fotolar