CAR prezidenti istefa verdi


Dünya 15 Fev 2018 08:33:00 317 0

CAR prezidenti istefa verdi

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı xalqa müraciəti zamanı bəyan edib.

"Vəzifəmi dərhal tərk etmək qərarına gəldim",- deyə Zuma bildirib.

Dövlət başçısının səlahiyyətlərini müvvəqəti olaraq vitse-prezident Sirill Ramafosa icra edəcək.