5,5 düym ekranlı smartfonlar daha çox satılır


Digərləri 15 Fev 2018 08:21:00 350 0

5,5 düym ekranlı smartfonlar daha çox satılır

"DeviceAtlas" şirkətinin analitiklərinin araşdırmasına görə, 5,5 düymlük ekrana malik smartfonlar qlobal mobil cihazlar bazarında daha populyardır.

Son.az ICTnews-a istinadən bildirir ki, smartfonların satışı üzrə 2017-ci ilin statistikasına görə, Hindistan, ABŞ, Nigeriya və başqa ölkələrin bazarında satılmış aparatların 25%-i 5,5 düymlük telefonların payına düşür. Həmçinin Argentina, İsveç və İspaniyadan olan alıcıların təxminən 15%-i 5,5 düymlük telefonlara üstünlük verirlər. 4 düymlük smartfonlar ikinci yerdə qərarlaşıb. Kanada, Böyük Britaniya və Cənubi Afrikadan olan istehlakçıların 20%-i 4 düymlük smartfonları seçirlər.

Üçüncü yerdə 5,7 düymlük aparatlar gəlir. Ən çox Rusiya, Malayziya və Misirdən olan alıcılar bu qurğulara üstünlük verirlər. Böyük Britaniya, İtaliya, Kanadada böyük ekranlı smartfonlara maraq azdır: alıcıların 5%-dən az hissəsi belə qurğuları satın alır.