Bakıda motosiklet, Qubada mağaza yanıb


Digərləri 15 Fev 2018 08:03:00 287 0

Bakıda motosiklet, Qubada mağaza yanıb

Bakıda və Qubada yanğın hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda "Notes" markalı motosikletin mühərrik hissəsi yanıb. Motosikletin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Quba rayonunda ümumi sahəsi 40 m2 olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub.