Floridada baş verən atışmanın təfərrüatları məlum oldu


Digərləri 15 Fev 2018 07:33:25 247 0

Floridada baş verən atışmanın təfərrüatları məlum oldu

ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub

Bakı. ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub. Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər insidentin yer aldığı dairənin şerifinə istinadla məlumat yayıb. Məlumata əsasən qatil şaqirdləri sinif otqlarındn çıxmağa məcbur etmək üçün yanğından mühafizə siqnalizasiyasını işə salıb. Bununla o daha çox insanın tələf olmasına nail olmaq istəyib.