Peruda islah müəssisəsində yanğın nəticəsində 5 yeniyetmə dustaq ölüb


Dünya 15 Fev 2018 05:14:02 422 0

Peruda islah müəssisəsində yanğın nəticəsində 5 yeniyetmə dustaq ölüb

Yanğın iki dustaq qrupu arasında toqquşmadan sonra baş verib

Peruda həddi-buluğa çatmamış şəxslərin islah mərkəzində baş vermiş yanğın nəticəsində azı 5 nəfər ölüb.

"Report" "Diario Correo" nəşrinə istinadən xəbər verir ki, hadisə Truxilyo şəhərində qeydə alınıb.

Mərkəz direktoru Xulio Maqana bildirib ki, yanğın ədavətdə olan dustaq qruplaşmaları arasında toqquşmadan sonra baş verib.

Hazırda hadisənin bütün təfərrüatları öyrənilir.