Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb


Sosial 15 Fev 2018 04:57:33 320 0

Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb

Hadisə Babək prospektində baş verib

Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.

"Report" xəbər verir ki, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və Ə.Rəsulovun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.