Suriya ordusu İsrail təyyarəsini atəşə tutub


Digərləri 15 Fev 2018 04:58:45 314 0

Suriya ordusu İsrail təyyarəsini atəşə tutub

İsrailin kəşfiyyatçı təyyarəsi Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub

Bakı. İsrailin kəşfiyyatçı təyyarəsi Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub. Trend-in verdiyi xəbərə görə, Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları təyyarəyə atəş açaraq onu ölkə səmasını tərk etməyə məcbur edib.