Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb


Sosial 15 Fev 2018 02:45:14 313 0

Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb

Hadisə Xocahəsən qəsəbəsində baş verib

Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.

Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsi axtarır.