Bərdədə minik maşını ağaca çırpılıb, iki nəfər ölüb - FOTO


Sosial 15 Fev 2018 01:24:11 315 0

Bərdədə minik maşını ağaca çırpılıb, iki nəfər ölüb - FOTO

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı rayon polisində araşdırma aparılır.