Bakıda 2 avtomobil toqquşub: ölənlər var


Digərləri 15 Fev 2018 01:29:33 257 0

Bakıda 2 avtomobil toqquşub: ölənlər var

Paytaxtda iki avtomobil toqquşub

Bakı. Paytaxtda iki avtomobil toqquşub. Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.