Argentina itən sualtı qayıq barədə məlumata görə 5 milyon dollar təklif edir


Dünya 14 Fev 2018 23:57:00 268 0

Argentina itən sualtı qayıq barədə məlumata görə 5 milyon dollar təklif edir

Argentina höküməti ötən ilin noyabr ayında itən "San-Juan" sualtı qayıq barədə məlumata görə 98 milyon peso (4,9 milyon dollar) təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Argentina hökümətinin rəsmi bəyanatında deyilir.

Pul mükafatının sualtı qayığın dəqiq yerini müəyyən etməyə yardım edəcək məlumatları təqdim edən şəxslərə veriləcəyi bildirilir.