Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır


Dünya 14 Fev 2018 23:33:00 272 0

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar artıq tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

"Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur", deyə diplomat vurğulayıb.