Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb


Siyasət 14 Fev 2018 23:14:26 278 0

Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb

Bu barədə Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb

Naxçıvan Muxtar Respublikasında Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə NMR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Qərar muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə qəbul olunub.

Sənəddə bildirilir ki, “Naxavtoyol” Dövlət Şirkətinin əsasında NMR Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın, həmçinin “Naxçıvan MuxtarRespublikasıAvtomobilYolları Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin və Naxçıvanın Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.