Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 14 Fev 2018 23:10:00 199 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 59 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.