Dünya şöhrətli aktyor: "Məni itimlə dəfn edərsiz"


Digərləri 14 Fev 2018 23:14:00 280 0

Dünya şöhrətli aktyor: "Məni itimlə dəfn edərsiz"

82 yaşlı dünya şöhrətli fransız aktyor Alen Delon karyerasının 60 illik yubileyi ilə bağlı Fransa mətbuatına verdiyi müsahibədə etiraf edib ki, müasir dünya onu çox məyus edib. Buna görə də o, dünyanı heç təəssüflənmədən tərk edəcək.

Son.az xəbər verir ki, aktyor müsahibəsində bunları deyib:

"Bu gün hər şey saxtadır, hamını təkcə pul maraqlandırır. Heç kim sözünü tutmur, hər gün yeni cinayət xəbərləri verirlər. Mən bu dünyanı heç təəssüf etmədən tərk edəcəm".

Aktyorun sözlərinə görə, onun ən sadiq dostu birgə dəfn olunmaq istədiyi 2 yaşlı itidir.