“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub (FOTO)


Digərləri 14 Fev 2018 23:13:41 63 0

“Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub (FOTO)

Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub

Bakı. Fevralın 14-də “Sabahın alimləri” yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub. Müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən “Intel ISEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Vurğulanıb ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadəsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə artıq yeddinci dəfədir ki, keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, bu müsabiqə ölkəmizin ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin elmi axtarışa sövq edilməsində böyük rol oynayır. Akademik diqqətə çatdırıb ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali məktəblərdə yaradılmış “SABAH” qruplarında təhsil alan 200-dən çox tələbə akademiyanın elmi müəssisələrində təcrübə keçib. Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması, gənc nəslin sağlam, mənəvi və sosial mühitdə böyüməsi, elm və təhsildə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək keyfiyyətli təhsillə təmin olunması dövlət təhsil siyasətinin başlıca prinsipləridir. O, son illər ölkəmizdə üç minədək yeni məktəb binasının inşa edildiyini və ya əsaslı təmir olunduğunu, bunun nəticəsində bir milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını deyib. Eyni zamanda, dövlətimiz tərəfindən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inklüziv təhsil proqramlarının tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb. A.Kərimli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasına xidmət edir. Vurğulanıb ki, müsabiqə məktəblilərin elmə marağının artırılmasına, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılmasına, innovasiyalara maraq göstərən geniş dünyagörüşlü, vətənpərvər gənc nəslin formalaşdırılmasına əvəzsiz töhfədir.
Azərbaycan neftinin SON QİYMƏTİ like
  • 14 Fev 23:10  
Digərləri Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Neftimizin SON QİYMƏTİ - Ucuzlaşıb like
  • 14 Fev 23:04  
Digərləri Neftimizin SON QİYMƏTİ - Ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Artıq böyüklər üçün də bağça var like
  • 14 Fev 23:04  
Digərləri Artıq böyüklər üçün də bağça var

Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası fəaliyyət göst

arrow Ətraflı
İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edib like
  • 14 Fev 22:56  
Dünya İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edib

Knesset qanun layihəsini ilkin səsvermədə rədd edib

arrow Ətraflı
İnternetin ən maraqlı fotoları like
  • 14 Fev 22:55  
Digərləri İnternetin ən maraqlı fotoları

Son.az axşam.az-a istinadən buz üzərində rəqs zamanı rəqqasların lentə

arrow Ətraflı
Anasının yanında yatan uşaqlar... like
  • 14 Fev 22:49  
Digərləri Anasının yanında yatan uşaqlar...

Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlər

arrow Ətraflı
Məşhur modelyerdən müasir kolleksiya  FOTOSESSİYA like
  • 14 Fev 22:40  
Digərləri Məşhur modelyerdən müasir kolleksiya FOTOSESSİYA

Məşhur modelyer Alexander Vanq payız-qış 2018 kolleksiyasını "New Yo

arrow Ətraflı
İnfarktdan qorunmağın ən sadə yolu like
  • 14 Fev 22:34  
Digərləri İnfarktdan qorunmağın ən sadə yolu

Alabama Universiteti (ABŞ) alimləri ürək tutması və infarktın riskini aza

arrow Ətraflı