1 uşaq atası kənddə tanış olduğu sevgilisini gizlicə Bakıya gətirdi və... ŞOK TƏFƏRRÜAT


Kriminal 14 Fev 2018 22:58:00 260 0

1 uşaq atası kənddə tanış olduğu sevgilisini gizlicə Bakıya gətirdi və...  ŞOK TƏFƏRRÜAT

Lənkəranda sevgilisini döyməkdə və narkotik vasitələri qanunsuz gəzdirməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Ramik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, bir uşaq atası olan Ramik Məmmədov sosial şəbəkələrdən birində Günay Məhərrəmova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Bir müddət sosial şəbəkədə danışan Ramik sonradan qızla görüməyə başlayıb.

Bir uşaq atasının sevgi münasibəti

Ramik Məmmədov və Günay Məhərrəmova Lənkəranda yox, Bakı şəhərində görüşməli olublar. Onların ilk görüşü 2016-cı ilin fevralın əvvəllərində baş tutub.

Paytaxtda görüşən cütlük Xətai rayonunda kirayə evdə birgə yaşamağa başlayıb. Bir müddət birgə yaşayan cütlüyün arasında sonradan mübahisə yaranıb. Bundan sonra Günay Məhərrəmova paytaxtdan Lənkərana, daha doğrusu, evlərinə qayıtmalı olub.

Qısa ömürlü münasibət və dava

Günay Məhərrəmova Lənkərana qayıtdıqdan sonra Ramik Məmmədovun telefon zənglərinə və mesajlarına cavab verməyib. Buna səbəb isə Ramik Məmmədovla münasibətinə son qoymaq istəyi olub.

Lakin Ramik Məmmədov Günay Məhərrəmovadan əl çəkməyib. Günayın onunla görüşmək istəməməsi isə mübahisəyə səbəb olub.

Təhdid dolu mesaj

Bundan əsəbiləşən Ramik Məmmədov Günay Məhərrəmovaya "sizin kəndə gəlirəm, kəndə hər şeyi danışacam, biabır olacaqsan" mesajı yazır. Günay Ramikin mesajına cavab vermək məcburiyyətində qalır.

Günay Məhərrəmova Ramikə kəndə gəlməməsi üçün xahiş edib. Lakin Ramik Məmmədov görüşmək üçün onların kəndlərinə gəlcəyini deyib. Bu zaman Ramik Məmmədovun kəndə gələməməsi üçün Günay Məhərrəmova onunla görüş təyin edib.

Sevgilisini küçədə döydü

Ertəsi gün, yəni dekabrın 9-da onlar Lənkəran şəhərində görüşüblər. Görüş zamanı Ramik Məmmədov Günaydan nə üçün telefon zənglərinə və mesajlarına cavab verməməsinin səbəbini soruşub.

Günay Məhərrəmova isə Ramik Məmmədovla olan münasibətlərinə son qoymaq istədiyini bildirib. Bundan əsəbiləşən Ramik Günay Məhərrəmovanı küçənin ortasında döyüb.