Artıq böyüklər üçün də bağça var


Digərləri 14 Fev 2018 23:04:00 282 0

Artıq böyüklər üçün də bağça var

Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası fəaliyyət göstərir. Bağçanı Yevgeniy Pyatkovskiy adlı şəxs açıb.

Son.az musavat.com-a istinadən bildirir ki, onun dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: "Mənim qızım böyük zövqlə bağçaya gedir. Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı".