Neftimizin SON QİYMƏTİ - Ucuzlaşıb


Digərləri 14 Fev 2018 23:04:06 210 0

Neftimizin SON QİYMƏTİ - Ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.