Bu şəhərlər su altında qalacaq


Digərləri 14 Fev 2018 22:28:00 262 0

Bu şəhərlər su altında qalacaq

Bir qrup amerikalı tədqiqatçı 21-ci əsrin sonlarına qədər dəniz səviyyəsinin yarım metrdən çox artması səbəbiylə dünyada böyük sahilyanı şəhərlərin su altında qalma ehtimalı barədə növbəti açıqlama veriblər.

Son.az axar.az-a istinadən xəbər verir ki, ekspertlər dəniz səviyyəsinin yüksəlməsini nəzərdə tutan iqlim modellərini yaratmaq üçün 25 ildən çox müddətdə əldə edilən peyk məlumatlarını təhlil ediblər və məlum olub ki, 1993-cü ildən etibarən dünya okeanlarının səviyyəsinin yüksəlməsi əlavə olaraq 0.084 millimetr sürətlənib. Bu dövrdə orta artımın 2,9 millimetr səviyyəsində olduğunu nəzərə alsaq, 2005-2100-cü illər ərzində okeanın 65 santimetr artacağı təxmin edilir.