Şevçoviç: “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasından biz hamımız faydalanacağıq


Digərləri 14 Fev 2018 22:15:37 261 0

Şevçoviç: “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasından biz hamımız faydalanacağıq

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Bakı. Ləman Zeynalova - “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın, xüsusilə də Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas regionların enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Bunu Trend-ə Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. M.Şevçoviçin sözlərinə görə, bu layihə Avropanın enerji təminatı mənbələrini və tranzit marşrutlarını diversifikasiyalaşdırmağa kömək edəcək: “Nəticədə biz hamımız Avropa İttifaqı ilə Xəzər regionu arasındakı bu “körpü”dən fayda görəcəyik. Çünki bizim uzunmüddətli məqsədimiz azad ticarət, rəqabət və diversifikasiyalaşdırılmış tədarük, mənbə və marşrutlara əsaslann ümumavropa enerji bazarının yaradılmasıdır”.