NATO iki yeni komandanlıq və kiberəməliyyat mərkəzi yaradacaq


Dünya 14 Fev 2018 22:00:00 253 0

NATO iki yeni komandanlıq və kiberəməliyyat mərkəzi yaradacaq

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Atlantika üzrə komandanlıq, Avropada loqistika üzrə komandanlıq və kiber-əməliyyat mərkəzinin yaradılmasına dair razılığa gəliblər.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz Şimali Amerika ilə Avropa arasında dəniz xətləri kommunikasiyalarının qorunması üçün Atlantika üzrə birləşmiş komandanlıq yaradacağıq. Eyni zamanda, çevikliyin təmin edilməsi üçün NATO nəzdində yeni köməkçi loqistika komandanlığı yaradılacaq", deyə baş katib bildirib.