Bakıda köməksiz qalan azyaşlı xilas edilib


Digərləri 14 Fev 2018 21:57:00 279 0

Bakıda köməksiz qalan azyaşlı xilas edilib

Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.