Bu şəxslərdən barmaq izi götürüləcək VİDEO


Digərləri 14 Fev 2018 21:42:00 262 0

Bu şəxslərdən barmaq izi götürüləcək  VİDEO

Hərbi xidmətə gedən şəxslərdən barmaq izi götürüləcək. Son.az bildirir ki, "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsi hazırlanıb. Layihəyə əsasən 15 yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan , müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının və digər bir sıra şəxslərin məcburi daktilaskopik qeydiyyatı aparılacaq.

Həmçinin, ölkə hüdudlarından kənara çıxarılmalı olan, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərdən də barmaq izi götürüləcək. Millət vəkili Tahir Kərimli deyir ki, daktiloskopik qeydiyyatın aparılmasında məqsəd şəxsiyyətini başqa üsullarla müəyyən etmək mükün olamayan meyitlərin və naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır.

Daktiloskopik qeydiyyat barədə məlumatlar məxfi şəkildə 100 il saxlanılacaq.Layihə sabah Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsində müzakirəyə çıxarılacaq. /xezerxeber.az