Azərbaycanlı aktrisadan ETİRAF: "Qarşımda seçim qoysalar, övladlarımı seçərəm" FOTO


Kriminal 14 Fev 2018 21:30:00 305 0

Azərbaycanlı aktrisadan ETİRAF: "Qarşımda seçim qoysalar, övladlarımı seçərəm"  FOTO

Aktrisa Sevinc Əliyevanın Son.az-a müsahibəsi.

- Sevinc Əliyeva kimdir?

- Ana.

- Bəs aktrisa?

- Aktrisa sadəcə olaraq mənim peşəmdir.

- Nə vaxtsa aktrisalıqdan imtina edib, ana olmağın məsuliyyətini daşıya bilərsiniz?

- Məndə belə bir hal olub. Mən peşəmin arxasınca qaçan aktrisalardan olmadım. Peşəmi çox sevsəm də, uşaqlar mənim üçün daha önəmli oldu. Artıq uşaqlar da böyüyüb, mən fikirləşmirəm ki, bu seçim nə vaxtsa mənim qarşımda olacaq. Əgər olsa, təbii ki, işimi yox, övladlarımı seçərəm.

- İşdən kənarda necə birisiniz?

- Necə var eləyəm. Makiyajsız, "ukladka"sız (gülür). Həyətə düşüb uşaqlarla oynayan biriyəm. Sərbəst, səmimi oluram.

- Bu səmimiliyin mənbəyi sizdə hardandır?

- Bu yəqin ki, xasiyyətdən irəli gəlir. Mənim həyatım iki yerə bölündü. Uşaqlardan öncəki və sonrakı həyatım.

- Uşaqlardan öncəki həyatınız üçün darıxırsınız?

- Xeyr! Uşaqlardan öncə özüm də uşaq idim. Onun üçün darıxa bilərəm ki, mənim nazımla oynasınlar.

- Uşaqlığınızdakı nəyi öz övladlarınıza təbliğ edirsiniz?

- Mənim anam çox ciddi bir insandır. Ana olandan sonra anamı başa düşdüm. İndi eyni yolu mən gedirəm. Çalışıram ki, düzgün böyüsünlər, amma yenə də zəmanə uşaqlarıdır. Həyat elədir ki, insanın başı daşa dəyəndən sonra öyrənməyə başlayır bir çox şeyi.


Xəbərə aid fotolar